Məşhur muzeydə dəhşətli qətl

Dünya

05.08.2019 - 11:56

 Hadisə ilə əlaqədar 17 yaşlı bir uşaq nəzarətə götürülüb

 

Altı yaşlı bir uşaq Londondakı müasir sənət muzeyi "Tate Modern"in 10-cu mərtəbəsindən yerə düşüb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, bazar günü yerli vaxtla saat 14.45-də uşaq muzeyin beşinci mərtəbəsindəki damdan yıxılıb.

 

Uşağın səhhətinin kritik olduğu və hadisə ilə əlaqədar 17 yaşlı bir uşağın nəzarətə götürüldüyü açıqlanıb.

 

Polis oğlanın bir müşahidə platformasından itələndiyini bildirib. Gənc uşağı itələdikdən sonra platformada dayanıb. 

 

Hadisənin ardınca muzeyin qapıları bağlanıb, ziyarətçilərin çölə çıxmasına icazə verilməyib.

 

Şübhəli gənc platformada olan şəxlər tərəfindən mühasirəyə alınıb ​​və polisə təslim edilib.

 

Qeyd edək ki, 2000-ci ildə açılan "Tate Modern" 5.9 milyon əhalisi olan Böyük Britaniyanın ən böyük turizm məkanıdır.

Müəllif: Ayna.az