Boris Conson Brexit razılaşmasını şənbə günü təsdiq etmək üçün İcmalar Palatasına göndərmişdi
İngiltərə parlamentində İcmalar Palatasının rəhbəri Con Berkov ötən gün "Brexit"in səsverməyə çıxarılmasına icazə verməyib.
AYNA APA-ya istinadən xəbər verir ki, o, şənbə günü İcmalar Palatasının gündəmində olan Avropa İttifaqından çıxma razılaşmasının bazar ertəsi günü yenidən səsverməsinin mümkün olmayacağını söyləyib.
Xatırladaq ki, İngiltərənin Baş naziri Boris Conson keçən həftə Aİ liderləri ilə əldə etdiyi Brexit razılaşmasını şənbə günü təsdiq etmək üçün İcmalar Palatasına göndərmişdi. Sazişə səs vermək üçün toplaşan parlament Brexit müddətinin uzadılması üçün Baş nazirdən Aİ-yə məktub yazmasını tələb etmişdi.