Başıbəlalı ölkə yenə silkələndi

Dünya

11.09.2019 - 17:56

Zəlzələ nəticəsində ölən və yaralananlar olmasa da, dağıntılar var

 

İndoneziyanın Taulad adaları bölgəsində güclü zəlzələ baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Təşkilatı (BMKG) məlumat yayıb.

 

Zəlzələ Melonquane şəhərində böyük fəsadlara yol açıb. İlkin araşdırmalara görə, zəlzələ nəticəsində ölən və yaralananlar olmasa da, dağıntılar var.

 

Qeyd edək ki, İndoneziyada tez-tez zəlzələlər baş verir. Son illərin ən güclü zəlzələsi 2018-ci ildə qeydə alınmışdı. Həmin vaxt Palu körfəzində meydana çıxan 7,5 bal gücündəki zəlzələ 4400 nəfərin ölümünə səbəb olmuşdu.

Müəllif: Ayna.az