Lavrov: “ABŞ-ın siyasəti bölgəni məhv edə bilər”

Dünya

09.10.2019 - 17:12

Həkimlər Klinikalar SEO Xidməti

“ABŞ verdiyi vədləri tutmadı. Tramp əvvəlcə Suriyadan hərbi qüvvələrini çəkəcəyini dedi, sonra qərarını dəyişdi”

 

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ABŞ-ı siyasətini dəyişməyə səsləyib. Lavrov deyib ki, ABŞ-ın Suriyada yürütdüyü siyasət bölgədə vəziyyəti daha da pisləşdirə bilər.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri rusiyalı nazir qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

 

Lavrov deyib ki, ABŞ-ın Suriyadakı təzadlı fəaliyyəti və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Suriyanın ərazi bütövlüyü ilə bağlı qərarlarını heçə sayır: “ABŞ verdiyi vədləri tutmadı. Tramp əvvəlcə Suriyadan hərbi qüvvələrini çəkəcəyini dedi, sonra qərarını dəyişdi”.

 

Lavrov  Suriyanın şimalındakı problemin həlli üçün dialoqun şərt olduğunu müdafiə edərək, Türkiyə ilə ABŞ arasındakı qarşılıqlı şərhlərin ardından Şam rəhbərliyi və YPG / PKK terror təşkilatı nümayəndələri ilə görüşdüklərini bildirib.

 

"Türkiyə-Suriya sərhədində təhlükəsizliyin təmin edilməsi daxil olmaqla, Suriyanın bu bölgəsindəki problemin həlli üçün iki tərəf arasında dialoqun qurulmasını təşviq etdiyimizi vurğuladıq. Dialoqun başlanmasına kömək edəcəyik. Ümid edirik ki, dəstəklənəcək ”, - deyə, Lavrov əlavə edib.

 

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə telefonda danışdığını xatırladan Lavrov, “Çavuşoğlu  Suriyanın ərazi bütövlüyünə hörmət edir”, - deyib.

Müəllif: Ayna.az