Tramp Amerikanı bürüyən "Dorian" qasırğasının fəlakətinə diqqət çəkib

Dünya

02.09.2019 - 08:34

"İndiyə gördüyümüz ən böyük qasırğalardan biridir"

 

“Dorian” ABŞ tarixində ən güclü qasırğalardan biridir və ölkə üçün ciddi problemlər yaratmağa qadirdir. AYNA APA-ya istinadən xəbər verir ki, bu sözləri ölkə prezidenti Donald Tramp Ağ Ev qarşısında jurnalistlərə müsahibəsində deyib.

 

“O, indiyə qədər gördüyümüz ən böyük qasırğalardan biridir. Və bu, problemə çevrilib”, - deyə Tramp bildirib.

 

Qeyd edək ki, rəsmi dairələr qasırğa ilə əlaqədar Florida, Corciya və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət rejimi elan ediblər. Floridanın sahilyanı rayonlarında sakinlər təxliyyə olunub, planlaşdırılmış həftəsonu işlər və məktəblərdə tədbirlər ləğv edilib. Bildirilir ki, “Dorian” Florida sahillərinə bazar ertəsi gecəsi çatacaq.

Müəllif: Ayna.az