ABŞ-dan Venesuelaya növbəti zərbə

Dünya

06.08.2019 - 11:48

Tramp rəhbərliyi Venesuellanın ABŞ-dakı bütün hesablarını blokadaya salıb

 

ABŞ Venesuellaya qarşı təzyiqləri artırmağa başlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Maduro administrasiyanı qəbul etməyən ABŞ bu addımı atmağa vadar olub.

 

Keçən həftə ABŞ prezidenti Tramp Venesuellaya iqtisadi sanksiya tətbiq edəcəyi haqqında məlumat vermişdi. Buna əsas olaraq Tramp rəhbərliyi Venesuellanın ABŞ-dakı bütün hesablarını blokadaya salıb.

 

ABŞ rəhbərliyinin bu qərarı verməsinə səbəb olaraq Venesuella prezidenti Nikolas Maduronu qanuni olaraq qəbul etməməsi və ABŞ yönümlü müxalif qüvvələrə açıq-aşkar dəstək verməsi göstərilir.

Müəllif: Ayna.az