“Oturduğum yerdən İranın 15 hədəfini vura bilərəm” - <font color=red> Tramp</font>

Dünya

21.09.2019 - 01:40

“ABŞ İrandakı 15 hədəfi vurmağa hazırdır”

 

Bu sözləri Avstraliyanın Baş Naziri Skott Morrisonla görüşündə ABŞ prezidenti Donald Tramp deyib. AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, dünən İrana tətbiq edilən yeni sanksiyalardan danışarkən belə deyib:

 

“Görəcəyim ən asan iş oturduğum yerdən “Başlayın” əmrini verməkdir. Bu zaman İranın 15 müxtəlif hədəfi vurula bilər. İran üçün çox pis gün ola bilər. Bunu edə bilərəm və hər şey hazırdır. Bunun bir, iki, yoxsa üç həftə sonra olacağı mühüm deyil. Ancaq hələ bu səlahiyyətimdən istifadə etmirəm”.

Müəllif: Ayna.az