Ebolanın “Bundibugyo” ştammına qarşı peyvəndin sınaqlarına başlanılıb

Dünya

14.07.2026 - 18:50

50 sağlam yetkin üzərində sınaqdan keçiriləcək

Ebola virusunun yeni ştammı olan “Bundibugyo”ya qarşı peyvəndin ilk klinik sınaqları başlayıb. Sınağın birinci mərhələsində peyvəndin təhlükəsizliyini və immun reaksiyasını qiymətləndirmək üçün 50 sağlam yetkin üzərində sınaqdan keçiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, “Bundibugyo” infeksiyasına səbəb olan Ebola virusu ştammına qarşı peyvəndin dünyada ilk klinik sınağı başlayıb və bu, Mərkəzi Afrikada 700-dən çox insanın ölümünə səbəb olan epidemiya ilə mübarizədə böyük bir addımdır.

Sınağın birinci mərhələsi üçün 4000 doza peyvənd istehsal edildiyi və Hindistan Serum İnstitutunun artıq növbəti sınaq mərhələləri üçün təxminən 620 min doza istehsal etdiyi dəqiqləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş