Məşhur studiyanı yandırdılar

Dünya

18.07.2019 - 14:29

Yanğın zamanı 13 nəfər həlak olub, 40 nəfər yaralanıb

 

Yaponiyanın Kyoto şəhərində animasiya studiyasında yanğın hadisəsi baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxs studiyaya tezalışan maye tökərək, binanı yandırıb.

 

Yanğın zamanı 13 nəfər həlak olub, 40 nəfər yaralanıb. Yanğını törədən şəxsin yaralılardan biri olduğu deyilir. Hadisə zamanı binada 70 nəfərin olduğu bildirilir.

 

Qeyd edək ki, 1981-ci ildə yaradılan, baş ofisi Uji şəhərində yerləşən “Kyoto Animation” şirkəti bütün dünyada məşhurlaşmış onlarla animasiya filmi və serialı istehsal edib.

Müəllif: Ayna.az