ABŞ rəsmi olaraq Almaniyaya müraciət edib
İran ilə bəzi qərb ölkələri arasında yaşanan gərginlik ərəfəsində növbəti hadisə baş verib.
AYNA xarici mediaya istinadən xəbər verir ki, bu gün ABŞ rəsmi olaraq Almaniyaya müraciət edib. ABŞ Almaniyadan Fransa və Böyük Britaniya ilə birlikdə Hörmüz boğazında hərbi əməliyyata qoşulmasını istəyib.
İrana qarşı çox ağır sanksiyalar tətbiq edərək təzyiq göstərən ABŞ bu gün rəsmi olaraq Berlin səfirliyinin vasitəsi ilə Almaniyanın qarşısında tələb qoyub.
Berlin səfirliyinin sözçüsü, "Almaniyadan Fransa və İngiltərəyə qoşularaq Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsini və İran ilə mübarizə aparmasını rəsmi olaraq istədik. Alman hökuməti dəniz təhlükəsizliyinin qorunması barədə açıq fikir bildirdi" - deyə bildirib.