Rusiyada kəskin istilərlə bağlı xəbərdarlıq edildi

Dünya

23.08.2019 - 21:51

Günorta saatlarında açıq havada gəzməmək tövsiyə edilib

 

Rusiyanın Krasnodar diyarında güclü istilərlə əlaqədar xəbərdarlıq edilib. AYNA Trend-ə istinadən bildirir ki, növbəti iki gün ərzində regionda 39 dərəcə isti gözlənilir.

 

Soçi şəhərinin sakinlərinə və digər kurort bölgələrə səfər edən turistlərə ehtiyatlı olmaq, günorta saatlarında açıq havada gəzməmək tövsiyə edilib.

 

Avqustun 25-də temperaturun azalacağı proqnozlaşdırılır.

Müəllif: Ayna.az