Ərdoğan: “Türkiyə Suriyada əməliyyata tam hazırdır”

Dünya

05.10.2019 - 21:33

Türkiyə hərbçiləri Suriyanın şimalında, Fəratın şərqində əməliyyat keçirməyə hazırdırlar

 


"Hazırlıqlar etdik, fəaliyyət planlarını həyata keçirdik, lazımi tapşırıqları verdik. Bəlkə bu gün və ya sabah belə bir qərarla əməliyyat reallaşa bilər. Bu əməliyyatı həm quruda, həm də havada həyata keçirəcəyik.”

 

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Kiziljahamam şəhərində hakim Ədalət və İnkişaf Partiyasının funksionerləri ilə söhbəti zamanı bəyan edib. AYNA Rusiya KİV-nə istinadən xəbər verir ki, çıxışı zamanı Ərdoğan əməliyyatı Suriya sərhədini  Kürd Özünümüdafiə Qüvvələrindən təmizləmək və orada təhlükəsizlik zonası yaratmaq məqsədi ilə aparacaq.

 


Eyni zamanda Türkiyə prezidenti kürdləri dəstəkləyən ABŞ-ın onları terror təşkilatı olaraq tanıdıqları sualına cavab verməli olduqlarını vurğulayıb: “Türkiyə artıq vədlərlə doludur və uzun müddətdir bu davam edir. ABŞ-la Suriyada ortaq quru və hava patrulları aparmaq fikrinin təhlükəsizlik zonası yaratmaq planının icrasını təxirə saldığını başa düşürük. Fəratın şərqinə sülh gətirmək istəyirik" 

 


Xatırladaq ki, bu ilin avqustunda Ankarada Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq üçün Türkiyə-Amerika danışıqları aparılıb. Sonra tərəflər birgə əməliyyatlar üçün koordinasiya mərkəzinin və planlaşdırılan zonanın yaradılması barədə razılığa gəliblər. Ancaq sonradan Ərdoğanın da dediyi kimi, ABŞ bölgənin meydana gəlməsini əngəlləsə, Ankara bölgəni idarə edən kürd qüvvələrinə qarşı əməliyyata başlayacaq.

 


Rəsmi Dəməşq Suriyanın suverenliyi və ərazi bütövlüyünün və beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulduğunu bildirərək, Türkiyə-Amerika razılaşmasına qəti şəkildə qarşı çıxıb.

 

Müəllif: Raminə Eyvazqızı

Ramanada faciə

Dünən, 17:26 Hadisə