PKK gözlənilməz zərbə aldı, təşkilat daxilində qarşıdurma yaşanır

Dünya

01.08.2019 - 17:16

Hazırda terror təşkilatının nəqliyyat və ərzaq sıxıntısı yaşadığı deyilir

 

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) İraqın şimalında başlatdığı “Pəncə” əməliyyatı zamanı terror qruplaşmasına məxsus ərazilərə ağır zərbələr endirilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində PKK/YPG terror təşkilatının yaraqlıları çətin vəziyyətə düşüblər.

 

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, təşkilatın rəhbərləri terrorçuların mağaralarda və digər yaşayış obyektlərində hazırlıqsız yaxalandıqlarını etiraf ediblər. Bundan başqa, PKK daxilində narazılıqlar baş qalıdırıb ki, qruplaşmanın komandirləri ciddi səhvlərə yol veriblər, planlaşdırılmamış taktikalar seçiblər. Bu səbəbdən həmin şəxslərin cəzalandırılacağı bildirilib.

 

Buna cavab olaraq təşkilat üzvləri də “oturduğun yerdə təlimat vermək asandır, bacarırsansa, özünüz gəlin” deyərək rəhbərliyə qarşı çıxıblar. Hazırda terror təşkilatının nəqliyyat və ərzaq sıxıntısı yaşadığı deyilir.

Müəllif: Ayna.az