Tramp Boltonu istefaya göndərdi

Dünya

10.09.2019 - 22:24

Donald Tramp: "Ötən gün axşam Con Boltona Ağ Evdəki xidmətlərinə artıq ehtiyac qalmadığını söylədim"

 

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib. AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində məlumat verib. 

 

"Ötən gün axşam Con Boltona Ağ Evdəki xidmətlərinə artıq ehtiyac qalmadığını söylədim. Onun təkliflərinin əksəriyyəti ilə heç razılaşmırdım. Bu səbəbdən Con Boltona istefa verməsini istədim, o da bu gün səhər saatlarında ərizəsini təqdim etdi", - deyə o yazıb. 

 

D.Tramp yeni milli təhlükəsizlik üzrə müşavirinin adını gələn həftə elan edəcəyini də vurğulayıb. 

 

Qeyd edək ki, C.Bolton 2018-ci ilin aprelində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə gətirilib. D.Tramp isə 2017-ci ilin yanvarında prezident vəzifəsinin icrasına başlayandan indiyədək 4 ayrı milli təhlükəsizlik üzrə müşavirlə işləyib. 

Müəllif: Ayna.az