Amerikada bank işçiləri qəribə hadisə ilə üzləşiblər
ABŞ-ın Nebraska ştatında 1 milyon dollarlıq bank hesabı açmaq istəyən şəxsin axtarışlarına başlanılıb. AYNA “Lincoln Journal-Star” qəzetinə istinadən xəbər verir ki, polis bank əməkdaşlarından, qəribə hadisə ilə üzləşdiklərinə dair məlumat əldə edib.
Bank işçilərinin sözlərinə görə, bankda hesab açmaq üçün 1 milyon dollarlıq əskinas təqdim edən şəxsə, həmin pulun saxta olduğunu söyləsələr də, müştəri israrla əksini iddia edib.
Bundan sonra bankdan uzaqlaşan adamın şəxsiyyətini təyin etmək, cinayət törədib-törətmədiyini öyrənmək üçün, polis araşdırmalara başlayıb.