Kuba prezidenti Bakıya səfər edəcək

Dünya

19.10.2019 - 23:48

Kuba prezidentinin Avropa turu sabah - bazar günü başlayacaq

 

Kuba prezidenti Miquel Dias Kanel Bakıya səfər edəcək.

 

AYNA "Report"a istinadən xəbər verir ki, o, Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak edəcək. Bakıda keçiriləcək sammit oktyabrın 25-dən 26-dək davam edəcək. 

 

Qeyd edilir ki, Kuba prezidentinin Avropa turu sabah - bazar günü başlayacaq. Səfər turuna İrlandiya, Belarus və Rusiyaya rəsmi səfərlər daxildir.

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə