Türkiyə ordusu Suriyada itki verdi

Dünya

20.10.2019 - 15:22

Türkiyə hərbçilərinə atəş açılıb 

 

Türkiyə ordusunun Suriyada keçirdiyi "Barış pınarı" əməliyyatında 1 hərbi qulluqçu şəhid olub. 

 

Bu barədə AYNA Türkiyə mətbuatına istinadən xəbər verir.

 

Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, PKK/YPG terrorçuları oktyabrın 17-də imzalanmış Türkiyə-ABŞ razılaşmasını pozaraq Suriyanın təhlükəsizlik zonasında kəşfiyyat-müşahidə missiyası aparan Türkiyə hərbçilərinə atəş açıblar. Atəş nəticəsində 1 türk əsgəri şəhid olub, daha 1 hərbçi yaralanıb.

 

Müəllif: Ayna.az