ABŞ-dan qaçqınlarla bağlı yeni qərar

Dünya

02.11.2019 - 20:52

ABŞ gələn ildən qaçqınların qəbuluna limit tətbiq edəcək

 

“2020-ci ildən ABŞ ölkəyə gələn qaçqınların qəbul sayını 18 minə endirəcək". 

 

Bunu ABŞ Prezidenti Donald Tramp çıxışı zaman bəyan edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, iki il əvvəl ABŞ 110 min qaçqını qəbul edirdisə, cari ildə bu göstərici 30 minə çatıb.

 

Növbəti il üçün nəzərdə tutulan qaçqın kvotasında bir neçə kateqoriya nəzərdə tutulur. Belə ki, qəbul ediləcək qaçqınların 5 mini dini məsələlər zəminində,  4 mini iraqlı, 1,5 min nəfəri Salvador, Qvatemala, Qondurasdan pənah gətirənlər, qalan 7,5 min isə başqa kateqoriyalardan olacaq.

 

Trampın qaçqınlarla bağlı qərarı yerli siyaətçilərin etirazına səbəb olub. Onların fikrincə, ABŞ rəhbərinin qaçqınlara  tətbiq etdiyi limit ABŞ kimi iri dövlətin nüfuzuna xələl gətirəcək.

 

Müəllif: Raminə Eyvazqızı