İsrail ordusu daha 7 fələstinlini nəzarətə götürüb

Dünya

05.09.2019 - 19:46

İsrail həbsxanalarında 220-si uşaq olmaqla 5500 fələstinlinin cəza çəkdiyi bildirilib

 

İsrail ordusu Fələstin torpaqlarına növbəti dəfə hücum təşkil edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusu Qərbi Şəriyədə 7 fələstinlini nəzarətə götürüb.

 

Məlumata görə, fələstinlilər “Terror aktlarında iştirak və İsrail ordusuna aid məkanlara basqın etmək” səbəbilə ilə həbs olunublar.

 

Qeyd edək ki, İsrail ordusu müxtəlif iddialarla Qərbi Şəriyə və Şərqi Qüds ərazilərinə tez-tez basqın edirlər. Digər tərəfdən, İsrail həbsxanalarında 220-si uşaq olmaqla 5500 fələstinlinin cəza çəkdiyi bildirilib.   

Müəllif: Ayna.az