Kim Çen In reaktiv raket sisteminin sınağında iştirak edib

Dünya

11.09.2019 - 04:36

 

Bu, raket sistemlərinin son bir yarım ay ərzində artıq səkkizinci, may ayından isə onuncu belə işə salınmasıdır

 

Şimali Koreya lideri Kim Çen In reaktiv raket sisteminin yaylım atəşinin sınağında iştirak edib.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, ölkə lideri bildirib ki, reaktiv silah sisteminin yaylım atəşi döyüş əməliyyatları trayektoriyasının, dəqiqliyinin və qayıdış funksiyasının xarakteristikaları nöqteyi-nəzərindən tamamilə yoxlanılıb.

 

Bu, raket sistemlərinin son bir yarım ay ərzində artıq səkkizinci, may ayından isə onuncu belə işə salınmasıdır. Yapon hərbçilərinin analizlərinin nəticələrinə görə, bunlar yeni modifikasiyalı üç növ raketlərdir. Mayın 4-ü və 9-da, iyulun 25-də, habelə 6 avqustda "İskəndər" raketlərinə oxşar, bərk yanacaqlı, kiçik mənzilli yeni modifikasiya raketləri sınaqdan keçirilib.

 

Daha əvvəl bildirilirdi ki, Şimali Koreya Pxenyan-Namdo əyalətindən Yapon dənizinə tərəf iki raket və ya mərmi buraxıb.

Müəllif: Ayna.az