“Birgün” qəzetinin sosial media meneceri tutulub
Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Barış Pınarı” əməliyyatı ilə bağlı “Birgün” qəzetinin sosial media hesablarında edilən paylaşımlara görə qəzetin sosial media meneceri saxlanılıb.
AYNA Türk mediasına istinadən xəbər verir ki, qəzetin sosial media meneceri Hakan Dəmir ''xalqda nifrət və düşmənçilik hissi oyandırmaq'' ittihamı ilə nəzarətə alınıb.
Hakan Demir haqqında İstanbul Respublika Prokurorluğu tərəfindən həbs qərarı çıxarılıb. Bundan sonra o, polisə aparılıb.