Əfqanıstan Prezidentinin keçirdiyi mitinqdə terror aktı - <font color=red> Xeyli sayda ölən və yaralanan var</font>

Dünya

17.09.2019 - 12:57

Hadisə nəticəsində 24 nəfər həyatını itirib, 31 nəfər yaralanıb

 

Əfqanistan Prezidenti Məhəmməd  Əşrəf Qaninin iştirak etdiyi mitinqdə partlayış baş verib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 24 nəfər həyatını itirib, 31 nəfər yaralanıb.

 

Əfqanıstanda səlahiyyətli nümayəndələr Prezidentin seçki mitinqi zamanı baş verən partlayışın mitinqə gəlmiş izdihamın arasında baş verdiyini açıqlayıb.

 

Hadisədə Əşrəf Qaninin xəsarət almadığı bildirilib.

 

Hadisə ilə bağlı hələ ki heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.

 

Qeyd edək ki, Əfqanıstanda Prezident seçkiləri sentyabrın 28-də baş tutacaq.

Müəllif: Ayna.az