Tramp İranla münaqişənin gərginləşməsi ilə bağlı toplantı keçirib

Dünya

15.07.2026 - 12:42

Prezident İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi ehtimalını adminstrasiyanın əsas üzvləri ilə müzakirə edib

ABŞ Prezidenti Donald Tramp administrasiyasının əsas üzvləri ilə Tehranı Vaşinqtonun tələblərini güzəştə getməyə məcbur etmək üçün İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi ehtimalını müzakirə edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp bu məsələ ilə bağlı 14 iyulda Ağ Evdə görüş keçirib. Görüşdə İranda "hazırda Hörmüz boğazında Amerika qüvvələri tərəfindən həyata keçirilən zərbələrdən daha böyük miqyaslı" əməliyyatın keçirilməsi müzakirə olunub.

Nəşr yazıb ki, "Tramp müharibəni gərginləşdirməyə və İran rejiminə Hörmüz boğazını açmağa və nüvə tələblərini güzəştə getməyə məcbur etməyə hazır görünür".

Görüşdə ABŞ vitse-prezidenti C.D.Vens, dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Dan Keyn, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, xüsusi nümayəndə Stiv Uitkoff və başqaları iştirak ediblər.

Hörmüz boğazında İran hədəflərinə zərbələrlə yanaşı, İrandakı strateji hədəflərə də dağıdıcı zərbələr endirmək ehtimalı müzakirə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş