Putinlə Tramp görüşüb

Dünya

28.06.2019 - 16:31

Prezidentlər iki ölkə arasındakı münasibətləri müzakirə ediblər

 

Yaponiyanın Osaka şəhərində keçirilən “G-20” sammitində Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüşüb. AYNA-nın xarici mediaya istinadən verdiyi xəbərə görə, Ağ Evdən verilən məlumatda bildirilir ki, görüş zamanı Prezidentlər iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.

 

Ölkə başçıları ABŞ və Rusiya münasibətlərinin inkişaf etməsinin bütün dünya ölkələrinə müsbət təsir edəcəyini vurğulayıblar. Görüş zamanı İran, Suriya, Venesuela və Ukraniyadakı vəziyyət də müzakirə edilib.

 

Jurnalistlərə açıqlamasında Putin bunları deyib: “Helsinkidəki görüşdən bu yana bir yerə gələ bilməmişik. Lakin orda qərarlaşdırdığımız planları həyata keçiririk. Buna görə hər iki tərəfə təşəkkür edirəm”.

Müəllif: Ayna.az