Bina uçqunu nəticəsində ölənlərin sayı artıb

Dünya

17.07.2019 - 12:00

Ərazidə axtarış və xilasetmə işləri davam etdirilir


Hindistanın Maharaştra əyalətinin paytaxtı Mumbaidə dünən çökən 4 mərtəbəli binada həyatını itirənlərin sayı 14-ə çatıb.

 

AYNA-nın xarici mediaya istinadən xəbər verir ki, Mumbaiyə aid Dongri bölgəsində dünən 100 illik 4 mərtəbəli bina çöküb. Binanın dağıntıları altında qalan 14 nəfərin cəsədi aşkarlanıb. 


Xilasetmə dəstələri dağıntı altında qalan 9 nəfəri isə yaralı halda xilas edib. Binanın dağıntıları altında hələ də 20-yə qədər şəxsin qaldığı ehtimal edilir. 

 

Dar küçədə yerləşən binanın yaxınlığındakı binaların da əhalisi təhlükəsizlik məqsədilə təxliyə edilib. 

 

Ərazidə axtarış və xilasetmə işləri davam etdirilir.

 

Dünyanın ən böyük şəhərlərindən olan Mumbaidə bina təhlükəsizliyi məsələsi əsas problemlərdən biri olaraq görülür.

Müəllif: Ayna.az