“Amerikalı hərbçilərin ölkə ərazisində yerləşməsinə icazə verməmişik”

Dünya

22.10.2019 - 17:14

Həkimlər Klinikalar SEO Xidməti

Pentaqon Suriyadakı əsgərlərin İraqın qərbinə yerləşəcəyini açıqlamışdı

 

İraq ordusu ABŞ əsgərlərinin İraq ərazisinə yerləşməsinə münasibət bildirib. AYNA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qeyd olunub ki, Amerika hərbçilərinin İraq ərazisinə keçməsinə razılıq verilsə də, bölgədə yerləşməsinə icazə verilməyib.

 

Lakin bir neçə gün öncə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyada qərarlaşan 1000-ə yaxın ABŞ əsgərinin İraqın qərbinə yerləşəcəyini və İŞİD-ə qarşı mübarizədə mərkəzi hökumətə dəstək verəcəyini açıqlamışdı.

 

Qeyd edək ki, hazırda İraqda, İŞİD-ə qarşı döyüşdüyü bildirilən, 5000-ə yaxın ABŞ hərbçisi var.

Müəllif: Ayna.az