Polis bölməsi partladılıb, yüzə yaxın yaralı var

Dünya

07.08.2019 - 11:11

Həkimlər Klinikalar SEO Xidməti

Hücumu boynuna götürən Taliban hadisədə çox sayda polisin öldüyünü iddia edib

 

Taliban Əfqanıstanın Kabil şəhərində yenidən qan töküb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla saat 09.15-də Xana bölgəsində partlayış törədilib.  İlkin məlumatlara görə partlayış nəticəsində 95 nəfər yaralanıb.

 

Yerli mediada partlayışın polis bölməsini hədəf aldığı, qadınlar və uşaqlar da daxil olmaqla 95 nəfərin yaralandığını bildirilir.

 

Partlayış bölgəsinə 30-a yaxın təcili yardım maşını göndərilib.  

 

Səhər saatlarında baş vermiş partlayışda ölənlərin və yaralananların sayının artma ehtimalının çox olduğu qeyd olunur.

 

Hücumu boynuna götürən Taliban hadisədə çox sayda polisin öldüyünü iddia edib.

Müəllif: Ayna.az