"Ərazi məsələləri ilə bağlı qarşılıqlı anlaşmanın başlanğıc nöqtəsi təmas xətti olmalıdır”
Almaniya kansleri Fridrix Merz Ukrayna ilə bağlı danışıqlar nəticə verərsə, Rusiyaya qarşı sanksiyaların tədricən yumşaldılmasının mümkün olduğunu deyib. AYNA.AZ bildirir ki, bu barədə kansler "Könüllülər koalisiyası"nın iclasından sonra deyib.
“Bloomberg”in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp iştirakçılara zəng edib. Amerika lideri Rusiya Prezidenti Vladimir Putinlə Çində apardığı danışıqlar barədə danışıb, onları Rusiyanın sülh istədiyinə əmin edib və Ukraynaya milyonlarla dollarlıq yardımı pisləyib.
Məlumatda qeyd edilib ki, Almaniya kansleri deyib: "Ərazi məsələləri ilə bağlı qarşılıqlı anlaşmanın başlanğıc nöqtəsi təmas xətti olmalıdır. Ukrayna Avropa yolunu izləyə bilməlidir. Bunun müqabilində Rusiyaya qarşı sanksiyaların tədricən, şərti olaraq qaldırılması mümkündür".
O, həmçinin Rusiya-Ukrayna münaqişəsinin "yalnız diplomatik həll yolu tapıldığı təqdirdə bitəcəyini" söyləyib.