Zaxaria özünü dəfələrlə ictimaiyyət qarşısında vəkil kimi təqdim etməklə Kaliforniya qanunlarını pozub
Kaliforniya Dövlət Vəkillər Kollegiyası Ağ Evin keçmiş mətbuat katibi Keti Zaxariaya qarşı istintaqa başladıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə qeyri-kommersiya təşkilatı olan Hesabatlılıq Kampaniyası (CfA) məlumat yayıb.
İstintaq Zaxarianın lisenziyasız hüquq mütəxəssisi kimi görünməsi iddiaları səbəbindən başladılıb.
CfA nümayəndələri istintaqın başladəlması ilə bağlı Vəkillər Kollegiyasından rəsmi məktub aldıqlarını açıqlayıblar.
İstintaq 14 oktyabr 2026-cı ildə verilmiş şikayətdən sonra başlayıb. Şikayətdə Ağ Evin keçmiş mətbuat katibinin özünü dəfələrlə ictimaiyyət qarşısında vəkil kimi təqdim etməklə Kaliforniya qanunlarını pozduğu iddia edilir.