Ermənistan və Türkiyə sərhədin Marqara hissəsində ikinci körpü tikəcək

Dünya

20.11.2026 - 09:39

Axurik və Yerasx hissələrində dəmir yolu qovşaqlarının təmiri də planlaşdırılır

Ermənistan və Türkiyə sərhədin Marqara hissəsində ikinci körpü tikməyi planlaşdırır. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, hər iki tərəf sərhədin açılmasını real hesab edir.

O, əlavə edib ki, Axurik və Yerasx hissələrində dəmir yolu qovşaqlarının təmiri də planlaşdırılır.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən bildirib ki, Azərbaycanla sərhəd məsələləri, İranla körpü və daha böyük gömrük məntəqəsinin tikintisi, Gürcüstanla isə keçid qabiliyyətinin artırılması ilə bağlı danışıqlar aparılır.

O, bütün bunları "Sülh yollarının kəsişməsi" proqramının “praktiki icrası” adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş