AECOM TRIPP layihəsinin dəmir yolu araşdırmasının nəticələrini İrəvana təqdim edib

Aktual

20.11.2026 - 09:04

Mühəndislik tədqiqatının ilkin nəticələri Ermənistan hökumət rəsmilərinə təqdim olunub

Amerika mühəndislik və konsaltinq şirkəti AECOM “Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin dəmir yolu əlaqəsi mühəndisliyi tədqiqatının ilkin nəticələrini Ermənistan hökumət rəsmilərinə təqdim edib. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi açıqlama yayıb.ı

Məlumatda deyilir: "Dəmir yolu əlaqəsi mühəndisliyi tədqiqatı başa çatmaq üzrə olduğu üçün beynəlxalq infrastruktur şirkəti AECOM bu həftə Ermənistanın yüksək vəzifəli rəsmiləri ilə ilkin nəticələri müzakirə etmək və TRIPP layihəsi çərçivəsində əlavə infrastruktur investisiya imkanlarını araşdırmaq üçün yenidən Ermənistana səfər etdi”.

Xatırladaq ki, 2026-cı ilin may ayında AECOM nümayəndələrinin TRIPP layihəsi üçün ərazi araşdırmalarına başladığı bildirilmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş