İsrail ABŞ və İran rəhbərlərinin görüşündən narahatdır

Dünya

27.08.2019 - 20:36

ABŞ rəhbərliyinin İrana tətbiq etdiyi sanksiyaları aradan qaldıracağı vurğulanıb

 

İsrailin Kanal 13 televiziyası İsrail-İran münasibətləri ilə bağlı yeni məlumat yayımlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, məlumatda ABŞ prezidenti Tramp ilə, İran prezidenti Ruhaninin görüşmək istəyi, İsrail rəhbərliyinin isə bu görüşdən narahat olması bildirilib. 

 

Məlumatda əlavə olaraq, Tramp ilə Ruhaninin görüşündən dərhal sonra, ABŞ rəhbərliyinin İrana tətbiq etdiyi sanksiyaları aradan qaldıracağı vurğulanıb.

 

Qeyd edək ki, G7 sammiti ərəfəsində Fransa prezidenti Makronla görüşən Tramp, Ruhani ilə görüş məsələsinə “şərtlər qane edərsə, görüşməyə hazıram” demişdi.
 

Ruhani isə Trampın bu açıqlamasına “sanskiyalara son qoyulmadığı müddət ərzində İran-ABŞ münasibətlərində heç bir müsbət addım atılmayacaq” - deyə, cavab evrmişdi.

Müəllif: Ayna.az