Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

Dünya

11.11.2026 - 19:03

Dmitri Peskov: "Məsələ qaldırıldı və qərar qəbul edildi”

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilib. AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Məsələ qaldırıldı və qərar qəbul edildi. Ermənistanın bir neçə ildir təşkilatın nizamnaməsi üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq, Ermənistanın səsvermə hüququndan, eləcə də KTMT daxilində yüksək vəzifələrə nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi təklif edildi və qərar verildi", - deyə o bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş