London polisi 135 aktivisti zərərsizləşdirdi

Dünya

07.10.2019 - 21:40

Böyük Britaniyanın hüquq-mühafizə orqanları 135 aktivisti saxlayıb

Yüzlərlə təbiətsevər küçələrə çıxaraq etiraz aksiyası keçiriblər. “Tükənməyə qarşı üsyan” hərəkatı höküməti qlobal iqlim dəyişikliyinə qarşı ciddi tədbirlər görməyə səsləyib, nəticədə polis eko-fəalların bir qrupunu həbs edib. AYNA xarici mətbuata əsasən xəbər verir ki, bu barədə London polisi məlumat yayıb. 

Məlumatda deyilir ki, eko-fəallar iki həftə boyunca Londonun mərkəzində nəqliyyatın hərəkətini bağlayacaqlarını və on minlərlə tərəfdarını küçələrə çıxardacaqlarını söyləyiblər. “ Hal hazırda Britaniya parlamentinin və bir çox nazirlik binalarının yerləşdiyi tarixi Vestminster rayonundakı bir neçə küçəni, həmçinin hökumət başçısının iqamətgahını bağlayıblar. Bundan əlavə, etirazçılar polisin qarşısını ala bilmədiyi Temza üzərindəki Lambeth körpüsündə nəqliyyatın hərəkətini əngəlləyiblər. Amma polisin müdaxiləsi zamanı  İngiltərə Müdafiə Nazirliyinin binası qarşısından Victoria Embankment boyunca hərəkət bərpa edilib.

Müəllif: Raminə Eyvazqızı