İki qadın idmançının döyüşü zamanı təcavüz şoku

Dünya

19.06.2019 - 08:59

ABŞ-da qəribə hadisə baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, iki qadın idmançının döyüşü zamanı hər kəsin diqqətini cəlb edən bir məqam yaşanıb.

Belə ki, güləşçi Skarlet Bordeaux rəqibi ilə rinqdən kənarda döyüşüb. Əlbəyaxa olan idmançıları tamaşaçılar ayırıb.

Bundan sonra idmançılardan biri izləyicilər olan əraziyə düşərək orada dincəlməyə qərar verib. Tamaşaçılara yaxın məsafədə dayanmış  idmançı bu dəfə fanatlarından birinin təcavüzünə məruz qalıb. Fanat idmançını arxadan qucaqlayaraq özünə tərəf çəkməyə başlayıb. Gözlənilməz vəziyyətə düşən idmançının köməyinə rəqibi yetişib.

Ayna.az