Pompeo Avropaya səfər edəcək<font color=red> </font>

Dünya

28.09.2019 - 09:39

Həkimlər Klinikalar SEO Xidməti

Maykl Pompeo ata-babalarının Abruzzo şəhərində yerləşən evini ziyarət edecək

 

ABŞ-ın dövlət katibi Maykl Pompeo 1-6 oktyabr tarixlərində İtaliya, Monteneqro, Şimali Makedoniya və Yunanıstana səfər edəcək.

 

AYNA xəbər verir ki, bu barədə Amerika Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

 

Qeyd olunub ki, Romaya səfəri çərçivəsində Pompeo Roma Papası Fransisk, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella, Baş nazir Cüzeppe Konte və Xarici İşlər naziri Luici Di Mayo ilə görüşəcək.

 

Dövlət katibi, eyni zamanda, ata-babalarının Abruzzo şəhərində yerləşən evini ziyarət etmək niyyətindədir.

 

Maykl Pompeonun Monteneqro, Şimali Makedoniya və Yunanıstanda da yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirəcəyi qeyd olunub.

 

Müəllif: Ayna.az