İsrailin Baş Naziri Benyamin Netanyahu isə iddiaları təkzib edib
ABŞ-ın keçmiş yüksək vəzifəli üç rəsmisi İsrailin Ağ Evin yaxınlığında nəzarət cihazları qurduğunu iddia edib.
AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İsrailin ABŞ-a qarşı cəsusluq etmək iddialarına inanmadığını söyləyib.
“İsraillilərin bizə qarşı casusluq etdiyini düşünmürəm. Belə bir şeyə inanmaq çətindir”, - deyə Tramp Ağ Evdə təşkil olunan mətbuat konfransında səsləndirib.
İsrailin Baş Naziri Benyamin Netanyahu isə iddiaları təkzib edib. O bildirib ki, İsrail ABŞ-a qarşı heç vaxt belə niyyətdə olmayıb.
Bu, ABŞ və İsrailin münasibətinə kölgə salmaq istəyənlərin yalanıdır.