Siyahıya kapitan da daxil edilib
ABŞ İranın "Adrian Darya 1" tankerini sanksiyalar siyahısına daxil edib. AYNA Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bundan əlavə, sanksiyalar siyahısına bu tankerin kapitanı da daxil edilib.
Nazirliyin məlumatına əsasən, tanker 2,1 milyard barrel İran nefti daşıyır və İslam İnqilabı Keşikçiləri Korpusu bu vəsaitlərdən yararlanır.