Netanyahudan Avropaya İranla bağlı çağırış

Dünya

08.07.2019 - 12:30

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir, "Haradasınız?” – deyə Avropaya səslənib

 

İsrailin Baş naziri Benyamin Netanyahu İngiltərə, Almaniya və Fransanı İranla bağlı tədbir görməyə çağırıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Benyamin Netenyahu nüvə razılaşmasının tələblərini açıq-aşkar pozan İranla bağlı yeni tədbirlər görülməli olduğunu bildirib. 

 

Baş nazir, “İngiltərə, Almaniya və Fransadakı dostlara səslənirəm. İranla nüvə razılaşmasını siz imzaladınız və əgər İran öhdəliklərindən boyun qaçırırısa onu cəzlandırmaq da sizin vəzifənizdir. Bu Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının vəzifəsidir. Haradasınız?” – deyə Avropaya səslənib.

 

Xatırladaq ki, İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi onlara nüvə razılaşmasına əsasən qoyulan zənginləşdirilmiş uran limitini keçəcəklərini bildirib.

Müəllif: Ayna.az