Müvafiq bəyanatı Ağ ev yayıb
ABŞ prezidenti Donald Tramp "Dorian" qasırğasının yaxınlaşması ilə əlaqədar olaraq Florida ştatında fövqəladə vəziyyət rejiminin tətbiqi barədə bəyannaməni təsdiq edib.
AYNA “Report”-a istinadən xəbər verir ki, müvafiq bəyanatı Ağ ev yayıb.
"Bu gün prezident Donald Tramp Florida ştatında fövqəladə vəziyyətin olduğu bəyan edib", - deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, dövlət başçısı təbii fəlakətin qarşısının alınması üçün federal yardım göstərilməsi barədə tapşırıq verib.