10 min insan zərər çəkib
Londonun əksər rayonlarına və Midlendə elektrik enerjisinin verilişi dayandırılıb. AYNA qafqazinfo-ya istinadən xəbər verir ki, qeyd edilən ərazilərin elektrik şəbəkəsində problem yarandığından işıqlar söndürülüb. Enerji verilişinin dayandırılması zamanı 10 minədək insan zərər çəkib.
Mühəndislər tezliklə problemin aradan qaldırılacağını vəd ediblər.