ABŞ Suriyadakı 1000 hərbçisini İraqa göndərəcək

Dünya

20.10.2019 - 12:02

Mark Esper: "Biz həftələr haqqında danışırıq, günlər haqqında yox"

 

ABŞ təxminən min hərbi qulluqçusunu Suriyanın şimal-şərqindən İŞİD-lə mübarizə üçün İraqın qərbinə göndərəcək.

 

AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Mark Esper şənbə günü Yaxın Şərqə səfərində onu müşayiət edən jurnalistlərə bildirib.

 

"ABŞ qoşunlarının Suriyanın şimal-şərqindən çıxarılması davam edir. Biz həftələr haqqında danışırıq, günlər haqqında yox", - deyə Esper bildirib.

 

Nazir bildirib ki, cari plan bu qüvvələrin yerini İraqın qərbinə dəyişməkdən ibarətdir. Onun sözlərinə görə, söhbət təxminən min hərbi qulluqçudan gedir.

 

Müəllif: Ayna.az