13-cü Astana danışıqları başa çatıb
Suriyadakı qarşdurmanın həlli üçün təşkil olunan Astana konfransında Rusiya, Türkiyə və İran Suriyanın şimal-şərqindəki kürd bölgələrində rəhbərlik qurulmasına qarşı olduqlarını açıqlayıblar. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Qazaxıstanın paytaxtı Nursultanda təşkil olunan 13-cü Astana danışıqları başa çatıb.
Rusiya, Türkiyə və İranın danışıqlar nəticəsində yekdil qərara gəldiyi vurğulanıb. Konfrans ölkələrinin Suriya konstitusiya komitəsinin üzvləri ilə razılaşma əldə etdiyi də qeyd olunub.