ABŞ Senatı Strateji Komandanlığın yeni rəhbərini təsdiqlədi

Dünya

02.11.2019 - 14:27

O, yeni vəzifədə Con Hayteni əvəz edəcək

 

ABŞ Senatı Strateji Komandanlığın başçısı vəzifəsinə vitse-admiral Çarlz Riçardın namizədliyini təsdiq edib. AYNA xəbər verir ki, bu barədə "The Hill" qəzeti bildirib.

 

Çarlz Riçard bir müddət əvvəl Strateji Komandanlığın sədr müavini vəzifəsini icra edib. Amma 2018-ci ildə ABŞ-ın sualtı donanmasına başçılıq edib.

 

O, yeni vəzifədə Con Hayteni əvəz edəcək. Sonuncu Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədr müavini seçilib.

 

Müəllif: Ayna.az