Yaponiyanı sel təhlükəsi ağuşuna aldı

Dünya

29.08.2019 - 11:38

Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib

 

Yaponiyanın cənub-qərbində yağan güclü yağışlar bir sıra fəsadlara yol açıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib.

 

Yaponiya Meterologiya Agentliyi daşqınlar və torpaq sürüşməsi barədə əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqdan dərhal sonra sonra Fukuoka, Saqa və Naqasaki bölgələrində, təxminən 847.000 insanın təxliyə olunması üçün göstəriş verilib.

 

Qeyd edək ki, bir sıra ərazilərin ciddi zərər görməsinə səbəb olan hadisə nəqliyyat vasitələrinin hərəkətini də məhdudlaşdırıb.

Müəllif: Ayna.az