"Avropa İttifaqının Türkiyənin milli təhlükəsizliyinə qarşı çıxması dəhşətlidir"

Dünya

07.11.2019 - 14:15

Fransız politoloq Saint-Prot: “Beynəlxalq media PKK/YPG-dən qaçaraq Türkiyəyə sığınan 400 min Suriyalı kürddən danışmır”

 

Avropa İttifaqının (Aİ) PKK/PYD-yə verdiyi dəstəyə etirazlar Avropada da artmaqdadır. AYNA xəbər verir ki, Paris Geosiyasi Araşdırmalar Mərkəzinin baş direktoru Charles Saint-Prot Anadolu agentliyinə “Sülh çeşməsi” əməliyyatını və Avropanın sözü gedən əməliyyatla bağlı mövqeyini şərh edib.

 

"Qeyd etməliyəm ki, Sülh Çeşməsi əməliyyatı BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən qanuni müdafiə hüququna uyğun olaraq həyata keçirilib", - deyən Saint-Prot, YPG/PYD terror təşkilatının PKK-nın Suriyadakı qanadı olduğunu, PKK-nın NATO ve Aİ tərəfindən terror təşkilatı olaraq tanındığını, xüsusilə vurğulayıb.

 

Saint-Prot bu terror təşkilatlarının Türkiyənin ərazi bütövlüyünü və birliyini təhdid etdiyini bildirib.

 

Əməliyyatın, eyni zamanda BMT-nin terrorla mübarizə məsələsində aldığı qərarlara uyğun olduğunu ifadə edən Saint-Prot deyib: “Əməliyyat Türkiyənin həyati maraqlarına uyğundur. Hansı dövlət bütövlüyünü, tamamilə təhdid edən bir terror və separatçı təşkilatın cinayət əməllərinə güzəştə gedə bilər? Heç kim Türkiyənin öz milli təhlükəsizliyi naminə tədbirlər almasına mane ola bilməz. Bu şəraitdə əgər Türkiyənin yox olmasını və zəifləməsini istəmiriksə Ankaranın müdaxiləsini sadəcə qəbul edə bilərik. Təəssüf ki, bəzi dairələrdə vəziyyət belə görünür”.

 

Saənt-Prot, eyni zamanda Avropanın əməliyyatla bağlı mövqeyini tənqid edib: “Aİ-nin terrorist və separatçı ünsürləri tərəf kimi qəbul edərək, Türkiyəyə və milli təhlükəsizliyinə qarşı çıxması dəhşətlidir. Türkiyə hər zaman NATO daxilində sadiq və əhəmiyyətli bir müttəfiq olub. Türkiyənin və Avropanın təhlükəsizliyi bir-birinə bağlıdır. Bir terror təşkilatı (DEAŞ) ilə mübarizə apardığını iddia edən və digər bir terror təşkilatı ilə müttəfiq olan Avropa ölkələrinin gətirdiyi bəhanələr də eyni dərəcədə dəhşətlidir”.

 

Türkiyənin Fransanın ən qədim müttəfiqi olduğunu unudan Fransa rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyini pisleyen Saint-Prot beynəlxalq mediada əməliyyatla bağlı aparılan kütləvi dezinformasiya kampaniyasının ictimai rəyi manipulyasiya etdiyini söyləyib.

 

Saint-Prot sözlərinə belə davam edib: “Mediaların arxasında güclü, İsrailli, solçu-kommunist qruplar var. Bu qruplar yalanları çoxaldır. Məsələn, YPG/PKK-dan qaçan və Türkiyəyə gedən 400 min suriyalı kürddən danışılmır. Dünya Süryani Şurasının YPG-nin Suriyanın şimal-şərqində vəziyyətin gərginləşməsinə görə məsuliyyət daşımasıyla bağlı açıqlaması işıqlandırılmır. Türkiyənin PKK-nın Suriyadakı qanadı YPG-ni deyil, kürdləri hədəf aldığını iddia edirlər. Ancaq Türkiyə (Suriyada) dinc əhalini hədəf almadan terroristlərə qarşı mübarizə aparır”.

 

YPG/PKK-nın Suriyada xaos yaratmaq üçün əlində olan DEAŞ məhbuslarını sərbəst buraxdığını ifadə edən Saint-Protun sözlərinə görə, Avropadan Suriyaya savaşmağa gedən DEAŞ terrorçuları vətəndaşı olduqları ölkələrdə mühakimə olunmalıdır: “Türkiyəni qınayan Avropa ölkələri PKK və YPG terrorçularının oyununu oynayır. Əlbətdə bu normal deyil, çünki bu ölkələr PKK-nı terror təşkilatları siyahısına əlavə edib. Burada söhbət bacarıqsızlıq, inkar və ya güclü lobbilərə boyun əyməkdən gedir? Hər vəziyyətdə dəhşətlidir”.

 

Qeyd edək ki, Charles Saint-Prot Avropanın “Sülh çeşməsi” əməliyyatı ilə bağlı mövqeyini və terror təşkilatlarına verdiyi dəstəyi tənqid edən əsas mütəxəssislərdən biridir.

Müəllif: Ayna.az