Gürcüstanda etiraz aksiyaları davam edir

Dünya

10.07.2019 - 23:38

Həkimlər Klinikalar SEO Xidməti
Etirazçılar nazirin istefasını tələb edirlər
 
Uzun müddətdir Gürcüstanda kütləvi etirazlar yaşanır. Etirazçıların tələbləri dəyişməyib. Onlar Daxili İşlər naziri Giorgi Qaxarianın iyunun 20-21-də baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürməsini və istefaya getməsini tələb edirlər. 
 
AYNA APA-ya istinadən xəbər verir ki, aksiyada əvvəlki günlərlə müqayisədə daha az adam iştirak edir. Hazırda mitinqin keçirildiyi Rustaveli prospektində avtomobilərin hərəkəti məhdudiyyətsiz davam edir.
 
Qeyd edək ki, bu, Gürcüstan parlamenti qarşısında keçirilən ardıcıl 21-ci etiraz aksiyasıdır.
Müəllif: Ayna.az