Avropa Parlamentinə yeni sədr seçilib

Dünya

03.07.2019 - 17:24

O, səsvermənin ikinci mərhələsində 345 səslə qələbə qazanıb

 

Avropa Parlamentinə (AP) sədr seçkiləri başa çatıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, seçkilərdə Sosial Demokratlar Partiyasından namizəd, italyalı deputat David-Mariya Sassoli qalib gəlib.

 

O, səsvermənin ikinci mərhələsində 345 səslə qələbə qazanıb. 63 yaşlı siyasətçi 2.5 il ərzində bu vəzifədə çalışacaq.

 

Məlumata görə, Sassoli son 10 ildir AP-də millət vəkilidir.

Müəllif: Ayna.az