Sel nəticəsində 62 nəfər ölüb

Dünya

26.08.2019 - 20:29

Otuz yeddi mindən çox evin dağıntılar altında qaldığı bildirilib

 

İyul ayının əvvəlində Sudanda başlayan güclü yağışlar sürətlə can almağa davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Sudan Səhiyyə Nazirliyinin verdiyi açıqlamada 62 nəfərin öldüyü, 98 adamın da ağır yaralandığı qeyd olunub.

 

Paytaxt Xartum şəhəri də daxil olmaqla, iyul ayında başlayan güclü yağışlar Sudanın 15 şəhərində, təxminən, 200 min insana ciddi zərər vurub.

 

Sudan Xəbər agentliyinin (SUNA) yaydığı mlumata əsasən, 37 mindən çox evin dağıntılar altında qaldığı bildirilib.

 

Birləşmiş Millətlər Təşkilatı  (BMT) baş vermiş hadisə ilə bağlı Sudan hökumətinə 1 milyard dollar civarında vəsait ayırıb.

 

Qeyd edək ki, Sudanda yağışların oktyabr ayının sonuna qədər davam edəcəyi gözlənilir.

Müəllif: Ayna.az