Zəlzələ nəticəsində 459 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb
Sentybarın 24-də Pakistanda baş verən 6,3 bal gücündəki zəlzələ nəticəsində ölənlərin sayı artır. AYNA xarici mətbuata istinadən xəbər verir ki, açıqlanan son məlumata görə, 34 nəfər nəfər həlak olub, 459 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Zəlzələ nəticəsində Pakistanın paytaxtı İslamabadda da dağıntılar qeydə alınıb.
Qeyd edək ki, ABŞ-ın Geoloji Araşdırma Mərkəzinin yaydığı açıqlamada, episentri Yeni Mirpurun bir kilometr yaxınlığında olan zəlzələnin ocağının 10 kilometr dərinlikdə olduğu bildirilib. Zəlzələ, həmçinin Hindistanın bəzi bölgələrində də hiss olunub.